вторник, 29 марта 2016 г.

Bitkilərin əhəmiyyəti

Bitkilər üzvi və mineral maddələrin dövraninda əhəmiyyətli rol oynayır.Yalnız quruda bitən bitkilər34 milyard ton müxtəlif kimyəvi element həyati proseslərə daxil edilir.Okean bitkiləri  bu rəqəmə 10% də əlavə edilir.

  1. Bitki ortüyü  planetin temperatur rejimini  formalaşdırır. Belə ki, yaşıl bitkilər karbon qazını mənimsəyərək istixana effektini azladir hərarət normallaşır
  2. Bitkilərin  buraxdığı oksigen qazı nəticəsində biosfer qisadalğalı ulturabənövşəyi  şualardan qorunmuş olur.
  3. Bitkilər torpağın formlaşmasında iştirak edir.
  4. Torpağın eroziyasi və yuyulmasının qarşısın alır.
  5. Bitkilərin 300 növündən dərman kimi istifadə olunur.
  6. Sənayedə bitkilərdən aşı maddələri,kağız, efir yağları, kauçuk,boyaq maddəsi alinir
  7. Bitkilərdən bəzək kimi istifadə olunur
  8. Bitkilərdən qida kimi istifadə olunur.
  9. Bitkilərdən tikinti materialı kimi istifadə olunur
  10. Bitkilərdən yanacaq kimi  istifadə olunur.
 

Dərman bitkiləri

Araşdırma nəticəsində aşağıdakılar məlum  məlum oldu

Bitkinin adı
Bitkinin mualicəvi təsiri
Necə istifadə etməli
Dərman valeryanı
Urək fəaliyyətini tənzimləyir
Kökumsovundan məlhəm hazırlanır
Adi boymadərən
Qankəsici kimi istifadə olunur
Əzib yaranın uzərinə qoyulur
Şirin biyan
Öskurək əlehinə
Kökundən məlhəm hazırlanır
Surunən kəlikotu
Mədə bağırsaq və tənəffus yolları
Dəmləyib icmək
Dəvə dabanı
Öskurək əlehinə
Dəmləyib icmək
Bağayarpağı
Iltihab əlehinə
Əzib yaranın ustunə qoyulur
Yemişan
Urək damar xəstəliyi
Meyvəsin yemək və dəmləmək

  

Bitkilər

Təbiət və cəmiyyətin inkişafında bitkilərin əhəmiyyəti böyükdür. Onlar daim Günəş enerjisini müxtəlif yanacaq enerjisinə və yüksək kalorili qida maddələrinə çevirir. Bitkilərin insanlara xidməti misilsizdir, bu xidmətdə onların havatəmizləyici rolu, insanların sağlamlığı keşiyində durması xüsusi yer tutur.
Planetin bitki örtüyü zəngin və müxtəlifdir. Dün­yada 560 min bitki növü mövcuddur ki, onların 300 350 mini mədəni bitkilərdir.Bitkilərin əmələ gəlməsi görkəmli alim K.A. Timiryazevin kəşf etdiyi fotosintez prosesinin nəticəsidir. Fotosintez prosesində günəş enerjisinin köməyi ilə atmosfer havasındakı karbon qazı, torpaqdakı su və mineral maddələr yaşıl kütləyə çevrilir. Fotosintez zamanı ilk maddə kimi qlükoza və oksigen qazı alınır.
Yayın isti günlərində yer səthi çoxlu günəş enerjisi alır. Lakin onun az bir hissəsi fotosintezə sərf edilir. Bu enerjini alimlər fizioloji radiasiya adlandırırlar. Bu ümumi günəş radiasiyasının 1 - 5 faizinə bərabərdir. Fotosintezdə daha çox karbon qazı mənimsənilir. Bir ton bitki kütləsinin yaranması üçün 2 ton karbon qazı sərf edilir. Bitkilərin tərkibinin 50 faizi karbondan ibarətdir. Planetin yerüstü bitkiləri hər il 20 milyard ton, su bitkiləri isə 155 milyard ton karbon qazı mənimsəyir. Lakin atmosferdə karbon qazının miqdarı tükənmir. Çünki təbiətdə onun dövranı daimidir.
Fotosintez prosesinin getməsində torpaqdakı su və mineral duzların da əhəmiyyəti böyükdür. Bir ton bitki kökləri torpaqdan 500 - 1000 ton suyu mənimsəyirlər. Lakin onun az bir hissəsi fotosintez prosesinə sərf olunur. Qalan hissə transpirasiya zamanı havaya buraxılır. Bitki kütləsinin 3 - 15 faizini mineral maddələr təşkil edir. Bitkilər kökləri ilə torpaqda mövcud olan 45-dən artıq elementin əksəriyyətini mənimsəyir. Bir ton bitki kütləsinin yaranması üçün 100 - 120 kq mineral maddə sərf olunur.
Bitkilər təbiətdə qeyri-bərabər paylanmışdır. Planetin quru mühitində 1 trilyon 725,4 milyard ton bitki kütləsi yayılmışdır. Bitkilərin insanlar üçün xammal kimi, qiymətli yanacaq və tikinti materialları olması kimi böyük xidməti vardır. Məsələn, bir kubmetr ağac 200 kq sellüloza, yaxud 165 kq lif, yaxıd 1500 metr ipək parça, ya da 60 kubmetr selofan, ya da 20 litr sirkə turşusu, ya da 70 litr adi spirt istehsalı üçün kifayət edir.
Lakin bitkilərin bundan daha böyük xidməti bütün canlıları boğulmaqdan qorumasıdır. Havanın bir kubmetrində 20 mq karbon qazı olarsa, insanın yaşaması təhlükəli sayılır. Onun ölümü baş verə bilər. Elm və texnikanın inkişafı, avtomobillərin sayının artması atmosferdə karbon qazını durmadan artırır. Bitkilər onu azaltmaqla canlıların ölüm təhlükəsinin qarşısını alır. Bir hektar bitki sahəsi saatda 8 kq karbon qazı mənimsəyir. Bu miqdar həmin müddətdə 200 nəfərin tənəffüsündən alınan karbon qazının miqdarına bərabərdir. Beləliklə, bitkilər havada olan oksigen qazının miqdarının daim normada qalmasına kömək edir, havanın oksigen qazı balansını daim tənzimləyir.
Havaya insan fəaliyyəti nəticəsində daim zərərli və zəhərli maddələr daxil olur. Onlarla mübarizədə də bitkilər, xüsusilə ağaclar insanların köməyinə gəlirlər. Özlərinin hazırladığı və havaya buraxdığı fitonsidləri ilə havanı zəhərli mikroorqanizmlərdən təmizləyirlər.